3 iyun tarixində Avropa Atletika Asossiasiyasının dəstəyi ilə Azərbaycan Atletika Federasiyası tərəfindən Şəmkir Olimpiya İdman Kompleksində İstedadlı uşaqların müəyyən edilməsi layihəsi çərçivəsində seçmə xarakterli yarış keçirilib.
Yarışda 250 nəfərdən çox uşaq iştirak edib. Onların bacarıqları tibbi top atma (1kq), yerindən uzunluğa tullanma, 30 m məsafəyə qaçış növləri üzrə yoxlanıldı.
Qaliblər diplom, medal, hədiyyələrlə mükafatlandırıldı. İştirakçıların hər birinə sertifikatlar verildi.