4 iyun Avropa Atletika Asossiasiyasının dəstəyi ilə Azərbaycan Atletika Federasiyası tərəfindən Gədəbəydə İstedadlı uşaqların müəyyən edilməsi layihəsi çərçivəsində seçmə xarakterli yarış keçirilib.
Yarışda 100 nəfərdən çox uşaq iştirak edib. Onların bacarıqları tibbi top atma (1kq), yerindən uzunluğa tullanma, 30 m məsafəyə qaçış növləri üzrə yoxlanılıb.
Qaliblər diplom, medal və hədiyyələrlə mükafatlandırıldı. İştirakçıların hər birinə sertifikatlar verildi.