07-08 fevral 2025-ci il tarixində Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə qapalı məkanda 2010-2011-ci il təvəllüdlü idmançılar arasında ölkə birinciliyi keçirilib. Açılış mərasimində Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə və Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva yarışın nüfuzlu beynəlxalq turnirlərə seçim üçün önəmli rol oynadığını bildiriblər. 2 gün davam etmiş yarışın proqramına uzunluğa tullanma, hündürlüyə tullanma, nüvə itələmə, 60 m, 200 m, 400 m, 800 m, 1500 m məsafəyə qaçış və 4x200 m estafet qaçış növləri daxil olub. Qeyd edək ki, açılış mərasimində Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva Avropa Atletikası tərəfindən "ilin üzv federasiyası" mükafatı ilə təltif edilmiş, Azərbaycan Atletika Fderasiyasiyasının Beynəlxalq əlaqələr və İnkişaf şöbəsinin müdiri Kənan Məhərrəmova və Qaçış Hər Kəs üçün Komitəsinin sədri Namiq Əsədova Dünya Atletikası tərəfindən verilmiş bürünc səviyyəli beynəlxalq hakim sertifikatları təqdim edilmişdir.
Növlər üzrə qaliblər aşağıda qeyd edilmişdir:
60 metr məsafəyə qaçış
1. Tuncay Hümbətov - Məhsul
2. İbrahim Vəliyev - Məhsul
3. Yusif Abdullayev - 1 № RİOEUGİM PHŞ
60 metr məsafəyə qaçış
1. Səlma Ağabəyova - 5 № İOEUGİM PHŞ
2. Fidan Osmanova - 5 № İOEUGİM PHŞ
3. Arzum Məmmədli - 5 № İOEUGİM PHŞ
400 metr məsafəyə qaçış
1. Nurlan Mərdənov - Mingəçevir
2. Cavidan Əlverdiyev - 5 № İOEUGİM PHŞ
3. Loğman İsrafilov - Məhsul
400 metr məsafəyə qaçış
1. Gülçin Nağıyeva - 5 № İOEUGİM PHŞ
2. Nila Heydərova - Məhsul
3. Almaz Hüseynova - 5 № İOEUGİM PHŞ
1500 metr məsafəyə qaçış
1. Namiq Babayev - Ordubad
2. Əli Vəliyev - 1 № RİOEUGİM PHŞ
3. Seyid Zeynalov - Trikids Baku
1500 metr məsafəyə qaçış
1. Azəri Məmmədli - 5 № İOEUGİM PHŞ
2. Zəhra Şirəliyeva - İsmayıllı
3. Zəhra Hüseynova - 5 № İOEUGİM PHŞ
Nüvə itələmə
1. Nəzrin İsayeva - Xızı
2. Amina Haqverdiyeva - 5 № İOEUGİM PHŞ
3. Zeynəb Əmrəhova - Məhsul İC
Nüvə itələmə
1. Həmzə Rzayev - Trikids Baku
2. Mahmud Şahtahtinski - 5 № İOEUGİM PHŞ
3. İman Dadaşov - Gəncə
Hündürlüyə tullanma
1. Bülbül Babayev - Neftçi
2. Faiq Məmmədov - 5 № İOEUGİM PHŞ
3. Vladislav Tarusov - 5 № İOEUGİM PHŞ
3. Ələsgərli Səid - 5 № İOEUGİM PHŞ
Hündürlüyə tullanma
1. Zeynəb Qəmbərova - 5 № İOEUGİM PHŞ
2. Mədinə Məmmədova - 5 № İOEUGİM PHŞ
3. Melis Məmmədova - 5 № İOEUGİM PHŞ
Uzunluğa tullanma
1. Aysu Muradova - Spartak İK
2. Ümmehan Durmuş - Spartak İK
3. Sofiya İsrafilova - 5 № İOEUGİM PHŞ
Uzunluğa tullanma
1. Əli Tağızadə - 5 № İOEUGİM PHŞ
2. Oqtay Xudiyev - 1 № RİOEUGİM PHŞ
3. Hüseyn Əliyev - 5 № İOEUGİM PHŞ
200 metr məsafəyə qaçış
1. Tuncay Hümbətov - Məhsul İC
2. Nurlan Mərdanov - Mingəçevir
3. Cavidan Əliverdiyev - 5 № İOEUGİM PHŞ
200 metr məsafəyə qaçış
1. Səlma Ağabəyova - 5 № İOEUGİM PHŞ
2. Fidan Osmanova - 5 № İOEUGİM PHŞ
3. Almaz Hüseynova - 5 № İOEUGİM PHŞ
800 metr məsafəyə qaçış
1. Namiq Babayev - Ordubad
2. Loğman İsrafilov - Məhsul İC
3.Aydın Abdullayev - 5 № İOEUGİM PHŞ
800 metr məsafəyə qaçış
1. Gülçin Nağıyeva - 5 № İOEUGİM PHŞ
2. Nila Heydərova - Məhsul
Zəhra Şiraliyeva - İsmayıllı
Qalibləri təbrik edirik!