Sloveniyanın Maribor şəhərində keçirilən Avropa komandalar arası çempionatı bu gün yekunlaşdı. Ümumi nəticələrə görə milli komandamız 15 ölkə arasında 312.5 balla 6-cı yerdə qərarlaşıb.
Milli komandamızın üzvlərinin yarışın ikinci günündə göstərdikləri nəticələr aşağıda qeyd edilmişdir:
Yekaterina Sariyeva - Üç təkanla tullanma - 1-ci yer - 13.87 m
Əlhəm Nağıyev - 200 m - 1-ci yer - 20.75 san
Rüstəm Məmmədov - Üç təkanla tullanma - 1-ci yer - 16.31 m
Lamiyə Vəliyeva - 200 m - 2-ci yer - 23.58 san (YENİ AZƏRBAYCAN REKORDU)
İsmail Əliyev - lövhə atma - 5-ci yer - 50.66 m
Cavid Məmmədov, Lamiyə Vəliyeva, İlahə Quliyeva, Novruz Əsədli - 4x400 m qarışıq estafet qaçışı - 6-cı yer - 3:29.57 dəq
Anna Yusupova - 1500m - 7-ci yer - 4:37.87 dəq
Bəxtiyar Əsgərli - 800m - 7-ci yer - 1:53.96 dəq
Səkinə Hacızadə - Nüvə itələmə - 7-ci yer - 12.33 m
Orxan Qasımov - Nizə atma - 7-ci yer - 54.51 m
Cabir Əliyev - Şüvüllə tullanma - 9-cu yer - 3.10 m
Nərmin İsmayılova - Çəkic atma - 10-cu yer - 31.56 m
Anna Yusupova - 5000 m - 10-cu yer - 20:22.02 dəq
Zəhra Bayramova - hündürlüyə tullanma - 11-ci yer - 1.45 m
Elcan Cəfərov - 110 m sədlərlə qaçış - 11-ci yer - 20.29 san
Ləman İsfəndiyarova - 100 m sədlərlə qaçış - 12-ci yer - 17.67 san
Əmrah Nağıyev - 3000m məneələrlə qaçış - 11-ci yer - 10:08.06 dəq
Qeyd edək ki, 25 iyun həm də milli komandamızın üzvü Anna Yusupovanın doğum günüdür. Ona möhkəm cansağlıöı arzu edir və ürəkdən təbrik edirik!
İdmançılarımızı göstərdikləri nəticələrə görə təbrik edirik!