6 iyul 2025-ci il tarixində ABŞ-ın Eugene şəhərində keçirilən Almaz liqası yarışında Beatris Çebet atletika tarixində əlamətdar nəticəyə imza atdı. O, 5000 metr məsafəni 13:58.06 nəticə ilə tamamlayaraq dünya rekordunu rəsmi olaraq yenilədi.
Bu nəticə ilə Çhebet 5000 m məsafəni 14 dəqiqənin altında qaçan ilk qadın atlet kimi tarixə düşdü. O, əvvəlki dünya rekordu olan 14:00.21-i (Qudaf Tseqay) geridə qoydu.
Yeni rekord həm atletika dünyasında, həm də qadın idmanında dönüş nöqtəsi hesab olunur.
???? Yarış:Almaz liqası-Yucin
????♀️ Nəticə: 13:58.06
???? Yeni dünya rekordu