Milli Komandamızın Balkan çempionatında nəticələri

26–27 iyul tarixlərində Yunanıstanın Volos şəhərində keçirilən Balkan Çempionatında (stadionda) Azərbaycan milli komandasının üzvləri müxtəlif növlərdə mübarizə aparıblar. Əlhəm Nağıyev 200 metr məsafədə 20.70 nəticə ilə şəxsi nəticəsini yenilədiqızıl medal qazandı. Gənc sprinter həmçinin 100 m yarışında da iştirak edib və 7-cii yerdə qərarlaşıb. Əlhəm daha öncə Avropa Komanda Çempionatında həm 100 m, həm də 200 m məsafələrdə birinci yerə çıxaraq qələbə seriyasını davam etdirdi.  Nazim Babayev üç təkanla tullanma növü üzrə 16.00 m nəticə ilə 4-cü oldu. O, bürünc medalı cəmi 5 sm fərqlə əldən verdi. Qeyd edək ki, İlahə Quliyeva isə 400 m məsafəyə qaçış növündə göstərdiyi 54.93 san nəticə ilə o özünə məxsus olan U20 yaş kateqoriyası üzrə ölkə rekordunu yenilədi ə 10-cu yerdə qərlaşdı. 

Yarışda atletlərimiz aşağıdakı nəticələri göstəriblər:

Əlhəm Nağıyev200 m
1-ci yer, 20.70 (Şəxsi rekord – PB)

Əlhəm Nağıyev100 m
7-ci yer, 10.43 

Lamiya Vəliyeva100 m
6-cı yer , 11.62

Lamiya Vəliyeva – 200 m
7-ci yer , 23.93

İlahə Quliyeva400 m
10-cu yer, 24.93

Bəxtiyar Əsgərli800 m
7-ci yer, 1:56.32

Yekaterina SariyevaÜçtəkanla tullanma
11-ci yer, 13.06

Nazim BabayevÜçtəkanla tullanma
4-cü yer, 16.00 m
3-cü yeri cəmi 5 sm fərqlə qaçırdı

Rüstəm MəmmədovÜçtəkanla tullanma
 5-ci yer, 15.85 m

İdmançılarımızı təbrik edir və növbəti yarışlarda uğurlar arzulayırıq!

Xəbər bülleteni

Xəbər bülleteni

Bülletenimizə abunə olun