Bakıda ilk atletika yarışları 1922-ci ildə keçirilmişdir. Növbəti illərdə Azərbaycanda atletika daha da, inkişaf etməyə başlamışdır. Azərbaycanda atletikanın inkişafında SSRİ-nin Əməkdar məşqçisi Əfqan Səfərovun böyük xidmətləri olmuşdur.
Aşağıda adları qeyd olunan idmançılar Azərbaycanda böyük nəticələr əldə etmişdirlər. Qalina Qaneker, İsay Papkov, Stanislav Nenaşev, Xandadaş Mədətov, Yuri Konovalov, Ziba Ələsgərova, Valeri Sereda, Nina Brıntseva SSRİ, Avropa, və dünya rekordları müəyyən etmişdilər. Y.Konovalov estafet qaçışında iki dəfə Olimpiya Oyunlarının gümüş (1956, Melburn; 1960, Roma) medalını qazanmış, Aleksandr Kornelyuk Avropa çempionatının (1971, Finlandiya) və Münhen Olimpiya Oyunlarının gümüş (1972) medallarının sahibi olmuşdur. 1979-cu ildə Avstriyada (Vyana) keçirilən qış Avropa çempionatında Vladimir Tsepelev I yerə layiq görülmüşdür. 1981-ci ildə V.Sereda Avropa çempionatında (Zaqreb) qızıl medal əldə etmişdir.Tsepelev uzunluğa tullanma növündə Tbilisi şəhərində keçirilən Ümumittifaq yarışlarda 8,03 nəticə göstərmiş və Azərbaycan rekordu müəyyənləşmişdir. 1980-90-cı illərdə Azərbaycan atletləri SSRİ və beynəlxalq yarışların qalibləri və mükafatçıları olmuşdurlar. Vasif Əsədov üç təkanla tullanmada üç qat SSRİ (1983, 1984, 1988) çempionu adına layiq görülmüş, Avropa çempionatının bürünc (1988) medalını qazanmışdır.
Müasir dövrdə də atletlərimizin uğurlu nəticələrini qeyd edə bilərik:
2007-ci (11-15 iyul) tarixlərində Yeniyetmələr arasında Dünya Çempionatı, Ostrava (ÇEX) - 200m məsafəyə qaçış, Ramil Quliyev 2-ci yer
2007-ci il (23-27 iyul), Yeniyetmələrin Avropa Olimpiya Festivalı, Belqrad (SER), 100m məsafəyə qaçış (10.50 nəticə ilə) və 200m məsafəyə qaçışda (20,98 nəticə ilə) Ramil Quliyev 1-ci yer. Üç təkanla tullanma növündə (15.56 nəticə ilə) Ənvər Zeynalzadə 1-ci yer
2009-cu il (01-12 iyul) Tələbələrin Dünya Oyunları Belqrad (SER), Ramil Quliyev 200m məsafəyə qaçışda 20,04 nəticə göstərərək Qızıl medal qazanır. Həmçinin bu nəticə ilə o, Gənclər arasında Yeni Avropa Rekorduna və Böyüklər arasında Azərbaycan Rekorduna İmza atır.
2009-cu il (23-26 iyul) Novi Sad (Ser), 20 yaşa qədər Avropa Çempionatı. Ramil Quliyev 200m (20.33) - 1-ci yer, Hayle İbrahimov, 5000m (14:01.19 nəticə ilə) 1-ci yer və 10 000 m məsafədə (30:06.64 nəticə ilə) 1-ci yer,Ramil Quliyev 100m (10.16 nəticə ilə) - 2-ci yer, Layeş Abdullayeva , 1500m məsaf (4:16.63 nəticə) 2-ci yer və 3000m MQ (9:55.95) 2-ci yer.
2010-cu il (27 iyul) , Barselona (İSP) - Avropa Çempionatı, 5000m məsafəyə qaçış , Hayle İbrahimov (13:34.15), Bürünc Medal
2011-ci il (06-08 mart) - Paris (FRA), Qış Avropa Çempionatı, 3000m məsafəyə qaçış Hayle İbrahimov (7:53.32), 2-ci yer
2011-ci il (14-17 iyul), 23 yaşa qədər Avropa Çempionatı, Ostrava (ÇEX), Layeş Abdullayeva 5000m (15:29.47) Birinci yer və 10.000m (32:18.05) Birinci yer
2011-ci il (21-24 iyul) - 20 yaşa qədər Avropa Çempionatı, Tallin (EST),
-Üç Təkanla tullanma növündə, Murad İbadullayev - 16.25 nəticə ilə 2-ci yer,
-110m SQ növündə Rahib Məmmədov 13.74 nəticə ilə 3-cü yer
2012-ci il (10-15 iyul), 20 yaşa qədər Gənclərin Dünya Çempionatı, Barselona (İSP), Üç Təkanla tullanma, Yekaterina Sarıyeva, 13.33 nəticə ilə Yeni Azərbaycan Rekorduna imza atdı və 7-ci yeri tutdu.
2013-cu il, (01-03 mart) - Qış Avropa Çempionatı, Goteborg (İSV) 3000m (7:49.72 nəticə ilə) Hayle İbrahimov Avropa Çempionu adını qazandı
2013-cu il (11-14 iyul) 23 yaşa qədər Avropa Çempionatı Tampere (FİN), 5000m məsafəyə qaçış 15:51.72 nəticə ilə, Layeş Abdullayeva, Gümüş medala sahib çıxdı
2013-cu il (14-19 iyul) Yeniyetmələtin Avropa Olimpiya Festivalı, Utrext (HOL), Üç təkanla tullanma növündə, Nazim Babayev 15.53 nəticə ilə yarışın qalibi oldu.
2013-cu il ,( 22 sentyabr - 10 oktyabr) , 3-cü İslam Həmrəyliyi Oyunları, İndoneziya, Üç Təkanla tullanma, Sarıyeva Yekaterina, 13.28 nəticə ilə Birinci yer, 5000m məsafəyə qaçışda , Hayle İbrahimov, 13:03.12 nəticə ilə Birinci yer, Çəkic Atma növündə, Dmitriy Marşin, 70.52 nəticə ilə 3-cü yer , 5000m məsafəyə qaçışda Layeş Abdullayeva, 16:49.08 nəticə ilə 3-cü yerə layiq görülmüşlər.
2014-cu il (12-18 avqust) - Avropa Çempionatı Zürix (İsveçrə), 5000m məsafəyə qaçış, Hayle İbrahimov, 14:18.32 nəticə ilə İkinci yeri tutmuşdur.
2014-cu il (16-28 avqust) - Yeniyetmələrin Yay Olimpiya Oyunları , Nanjinq (ÇİN), Üç təkanla Tullanma, Nazim Babayev 15.96 nəticə ilə 3-cü yer.
2014-cu il (13-14 Sentyabr), Dünya Kuboku, Mərakeş, 3000m məsafəyə qaçış, 7:53.14, Hayle İbrahimov II Yer
2015-ci il (08-12 iul), Tələbələrin Dünya Universiadası, Qvanqjou (ÇİN), 5000m məsafəyə qaçışda Hayle İbrahimov, 13:44.28 nəticə ilə Birinci Yer, Çəkic Atmada isə, Anna Skidan, 70.67 nəticə ilə Birinci yer.
2015-ci il (16-19 iyul), 20 yaşa qədər Avropa Çempionatı,Eskilstuna (İSV), Üç təkanla tullanma, Nazim Babayev, 17.04 nəticə ilə Birinci yerə layiq görüldü.
2016-cı il, (06-10 iyul), Avropa Çempionatı, Amsterdam (HOL), Çəkic Atma, Anna Skidan 73.83 nəticə ilə 3-cü yeri tutdu.
2017-ci il, (16-20 may) IV İslam Həmrəyliyi Oyunları, Bakı , Azərbaycan, Üç təkanla tullanma növündə, Nazim Babayev 17.15 nəticə ilə, Çəkic atmada isə Anna Skidan 75.29 (Yeni Azərbaycan Rekordu) nəticə ilə Qızıl Medala layiq görüldülər. Üç təkanla Tullanma növündə Aleksis Kopello 16.90 nəticə ilə, 110m sədlərlə qaçışda isə Rahib Məmmədov 14.18 nəticə ilə Gümüş medala sahib oldular. 3 təkanla tullanma növündə Sarıyeva Yekaterina 12.81m nəticə göstərərək bürünc medal qazanmışdır. İdmançımız Zəkiyyə Həsənova isə, 100m məsafəyə qaçışda 11.72 və 200m məsafəyə qaçışda 23.76 nəticə göstərərək hər iki növdə həm 4-cü oldu həm də Yeni Azərbaycan Rekorduna imza atdı
2017-ci il, (20-23 iyul), 23 yaşa qədər Avropa Çempionatı, Bıqdoş (POL), Üç təkanla Tullanma növündə, 17.18 nəticə ilə Nazim Babayev I Yeri tutdu.
2018-ci il (12 avqust) - Avropa Çempionatı (Berlin), Aleksis Kopello 3 təkanla tullanma növündə 16.93 nəticə göstərərək Avropa ikincisi oldu
2018-ci il (06 iyul), Yeniyetmələr arasında Avropa Çempionatı (Györ) Məmmədov Rüstəm Yeniyetmələr arasında Avropa Çempionatında 15.16 nəticə göstərərək Bürün medala layiq görüldü.
2019-cu il (10 iyul) İtaliyanın Napoli şəhərində keçirilən Tələbələrin Yay Universiadasında Nazim Babayev 16.89 nəticə ilə qızıl medala layiq görülmüşdür.
2019-cu il (14 İyul) İsveçin Gavle Şəhərində keçirilən U23 Avropa çempionatında Nazim Babayev 17.03 nəticə ilə gümüş medal qazanmışdır.
2022-ci il – V İslam Həmrəyliyi Oyunları (Konya, Türkiyə) 09 avqust – Aleksis Kopello üç təkanla tullanma – (16.40m) – II yer
2022-ci il – V İslam Həmrəyliyi Oyunları (Konya, Türkiyə) 11 avqust – Yekaterina Sarıyeva üç təkanla tullanma – (14.12m) – II yer
2022-ci il – V İslam Həmrəyliyi Oyunları (Konya, Türkiyə) 08 avqust – Hanna Skidan çəkic atma – (70.23m) – I yer
2023-cü il - Dünya Çempionatı (Budapeşt, Macarıstan) - (24 avqust) - Hanna Skidan çəkic atma - təsnifatda 77,10m nəticə ilə yeni Azərbaycan Rekorduna imza atdı. Finalda isə 74.10m nəticə ilə 4-cü yerin sahibi oldu.
2024-cü il - Olimpiya Oyunları (Paris, Fransa) - 08 avqust - Hanna Skidan çəkic atma - 73.66m nəticə ilə 7-ci yeri tutmuşdur.